04 dekabr 2024 10:35
245

SOCAR-dan "Günəşli" yatağında baş verən faciə ilə bağlı PAYLAŞIM

Bu gün "Günəşli" yatağında baş verən faciədən doqquz il ötür. Hadisə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə və "Neft Daşları" NQÇİ-nin "501 A" saylı meydançasında baş vermişdi.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR rəsmi "X" səhifəsində paylaşım edib.

Paylaşımda qeyd olunur:

"4 dekabr 2015-ci il tarixində "Günəşli" yatağının 10 saylı dəniz özülündə və "Neft Daşları" NQÇİ-nin "501 A" saylı meydançasında təbii fəlakət nəticəsində baş verən qəzada həlak olan neftçi həmkarlarımızın əziz xatirəsini ehtiramla yad edir, Allahdan rəhmət diləyirik!"

Qeyd edək ki, bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunub.