04 dekabr 2024 11:31
145

Şəkidə ustad dərsləri keçiriləcək

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar  Şəfiqə Axundovanın 100 illik yubileyi çərçivəsində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün tar və kamança ixtisasları üzrə ustad dərsləri təşkil ediləcək.

“İki sahil” xəbər verir ki,  9-14 dekabr tarixlərində Şəki şəhərinin 4 №-li uşaq musiqi məktəbində baş tutacaq ustad dərsləri tar ifaçısı, Əməkdar artist Neymət Mürsəlov və kamança ifaçısı Fariz Hüseynov tərəfindən keçiriləcək.

Ustad dərsinin əsas məqsədi regionlarda təhsil səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi, lazımi metodiki köməkliyin göstərilməsi həmçinin müəllimlərin peşəkar inkişafı üçün nəzəri və praktiki biliklərin artırılmasıdır.