Bəs betainlə zəngin hansı məhsuldur?
Betain bədənimizi müxtəlif təhlükəli xəstəliklərdən qoruyur. Bu maddəni qidadan necə əldə etmək olar və hansı məhsulda çox var? Rusiyalı həkimlər Sergey Aqapkin və Marina Makişa bu barədə “Rossiya 1” telekanalının "Ən vacibi haqqında" verilişinin yeni buraxılışında danışıblar.
“Betain (həmçinin trimetilglisin adlanır) insan orqanizmi üçün çox vacib bir molekuldur və bədənimizin demək olar ki, bütün hüceyrələrində olur”, - dietoloq Marina Makişa bildirib. Betain bədəndə qismən sintez olunur və biz onu qidadan da alırıq.
Tədqiqatlar göstərir ki, betain qaraciyər piylənməsinin qarşısının alınmasında mühüm rol oynayır və ümumiyyətlə, bədəndə yağ yandırılmasını təşviq edir. Müəyyən edilib ki, arıqlamağa çalışan və aktiv şəkildə fiziki məşqlərlə məşğul olan insanların rasionuna betainlə zəngin qidaların əlavə edilməsi yağların parçalanması prosesini yaxşılaşdırır.
Həkim və teleaparıcı Sergey Aqapkinin sözlərinə görə, betain xərçəngdən də qoruyur. Betainin qadınlarda döş xərçənginə, kişilərdə isə prostat xərçənginə qarşı qoruyucu təsiri olduğu sübut edilmişdir.
Bəs betainlə zəngin hansı məhsuldur? Bu suala həkimlər çuğundur deyə cavab veriblər.
Nubar Süleymanova, “İki sahil”