05 dekabr 2024 20:48
190

Ceyhun Bayramov isveçrəli həmkarı ilə regional sülh gündəliyini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isveçrəli həmkarı Aleksandr Fasel ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında bildirilir.

Tərəflər Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində bir araya gəliblər.

Onlar iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Bundan başqa, münaqişədən sonrakı regional yenidənqurma və sülh gündəliyi barədə danışılıb.