"Qarabağ"ın İsveçdə "Elfsborq"a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçının qonaq azarkeşləri üçün biletlər sabahdan satışa çıxarılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəfdarlar biletləri sabah saat 12:00-dan etibarən iTicket.az saytında əldə edə biləcəklər.
Fanatlar əldə etdikləri vauçerləri oyun günü saat 16:00-dan 18:00-a kimi "Scandic Plaza Borås" (Allégatan 3, 503 32 Borås, Sweden) otelinin məlumat şöbəsinə yaxınlaşaraq biletə dəyişməlidirlər. Biletlərin qiyməti 30 manatdır.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-də start götürəcək.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB