06 dekabr 2024 17:25
180

Gömrükçülər mobil telefon və planşetlər aşkar edib

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefon və planşetlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

“İki sahil” Komitəyə istinadla xəbər verir ki, Abu-Dabi-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükündən gömrük orqanlarına bəyan edilməyən müxtəlif markalı 8 ədəd planşet, 4 ədəd notbuk, 8 ədəd qulaqlıq, 4 ədəd “Apple Pencil Pro” markalı qələm, 4 ədəd “İphone 15 Pro 128 GB” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.