Naxçıvan televiziyasının hazırladığı "100 illiyə 10 film" layihəsi Ulu Öndərin anım günü ərəfəsində Real TV-də yayımlanacaq.
“İki sahil” xəbər verir ki, layihəyə 10 film daxildir.
Filmlərdə müstəqil, qüdrətli, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin Naxçıvana gəlişi, 1990-1993-cü illərdə buradakı siyasi və dövlətçilik fəaliyyəti, gördüyü əhəmiyyətli işlər işıqlandırılıb.
Ağır blokada şəraitində olan Naxçıvan əhalisi ilə birgə baş verənlərə sinə gərən Ulu Öndərin əhalini qorumaq üçün göstərdiyi fədakarlıqlar filmlərdə geniş əksini tapıb. Layihənin diqqəti cəlb edən cəhəti Naxçıvan televiziyasının arxivində qorunan və indiyədək heç bir telekanalda yayımlanmayan orijinal videokadrlardan geniş istifadə edilməsidir.
Qeyd edək ki, layihənin və filmlərin müəllifi Sahil Tahirli, məsləhətçisi Anar Tahirov, redaktoru İlkin Razyev, rejissoru Fərhad Zamanbəyovdur.
Spartan Aeronavtika və Texnologiya Kolleci və Azərbaycan Milli Aviasiya Akademiyası əməkdaşlıq haqqında Saziş imzalayıblar – Yenilənib
FAO nümayəndəsi Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasının fəaliyyəti ilə tanış olub
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub