09 dekabr 2024 16:50
429

İndiyə qədər 1531 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb

118 dairənin 77 dairəsi üzrə 337 bələdiyyədə keçiriləcək seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürənlərin sayı 1531 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının iclasında sədr Məzahir Pənahov açıqlayıb.

O bildirib ki, bu rəqəmin artacağı da istisna edilmir.