Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İspartada hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı Türkiyə tərəfinə başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə paylaşım edib.
"Qardaş Türkiyənin İsparta şəhərində hərbi helikopterin qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, həlak olanların ailələrinə başsağlığı və səbr diləyirik".
YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər