Azərbaycan Ermənistanla sülhün əldə edilməsində maraqlıdır.
“İki sahil” xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ( BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfransda söyləyib.
O bildirib ki, Azərbaycan 2020-ci ildən əvvəl də sülhün əldə edilməsi üçün çalışıb. “Bu problemin kökü 100 illərə dayanır. 2020-ci və 2023-cü illərdə Ermənistanın işğalı altında olan torpaqların azad edilməsindən sonra sülh üçün imkanlar yaranıb. Lakin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi ilə bağlı Ermənistanın mövqeyi qeyri-müəyyən olaraq qalır. Ermənistanın ali qanunu olan Konstitusiyada, o cümlədən digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalmaqda davam edir”.
YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər