Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.
“İki sahil” xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin ediləcək.
Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər