Türkiyənin paytaxtı Ankarada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "X" sosial şəbəkəsində hesabında paylaşım edib.
Səfirliyin əməkdaşları Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.
Onlara TANAP və “SOCAR Türkiye”nin əməkdaşları, Ankaradakı Heydər Əliyev adına məktəbin müəllim və şagirdləri, eləcə də Türkiyədə yaşayan azərbaycanlılar da qoşulublar.
YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər