12 dekabr 2024 13:21
113

Çin bu ölkə liderinin Trampın andiçmə mərasiminə dəvətini şərh etməyib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, Çin dövlət başçısı Si Çinpinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət edilməsi ilə bağlı suala cavab olaraq, ictimaiyyətə açıqlama verəcək məlumatı olmadığını bildirib.

“İki sahil” xəbər verir ki, Çin liderinin dəvəti barədə mənbələrə istinadən CBS News məlumat yayıb.

"Hazırda açıqlamaq üçün heç bir məlumatım yoxdur" - deyə Mao Ning brifinqdə bildirib.

Donald Trampın andiçmə mərasimi 20 yanvar 2025-ci ildə keçiriləcək. Səfirlər və digər yüksək rütbəli diplomatlar adətən tədbirə dəvət olunsa da, bu dəfə Respublikaçılar komandası təkcə Sİ Çinpini deyil, Macarıstanın Baş naziri Viktor Orbanı da dəvət edib.