Azərbaycan öz ərazisindəki işləri sürətlə həyata keçirir. Dəmir yolu tikintisinin böyük hissəsi başa çatıb.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
O bildirib ki, eyni zamanda, İran İslam Respublikası ilə əldə olunan razılığa əsasən, Araz çayı üzərində də körpü tikintisi davam edir. Bu körpü vasitəsilə İran ərazisindən keçməklə Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında marşrutun yaradılması üzrə işlər görülür.
YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər