Bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı təsdiq olunub.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun dekabrın 13-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə, komissiyanın qərarına əsasən, seçki keçirilən bələdiyyələrin sayına uyğun olaraq dairə seçki komissiyaları üçün və səsvermə təşkil edilən seçki məntəqələrinin sayına uyğun olaraq məntəqə seçki komissiyaları üçün protokolların hazırlanması qərara alınıb.
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
Bəyanat: Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib