14 dekabr 2024 00:11
366

Nə üçün yeməkdən əvvəl bir stəkan su içmək lazımdır?

"Rossiya" telekanalının "Ən vacibi haqqında" sağlamlıq şousunda doktor Aleksandr Myasnikov niyə hər yeməkdən əvvəl bir stəkan su içmək lazım olduğunu izah edib.

Həkimin sözlərinə görə, bu sadə hiylə həzmi yaxşılaşdırmağa kömək edir. Həzm prosesi ağızda yeməyi xırdalayıb, tüpürcəklə islatdıqda başlayır. Hər bir parça yemək yarı maye halına gələnə qədər uzun müddət çeynəmək lazımdır və həzm fermentlərinin istehsalını təşviq edən bu proses üçün kifayət qədər tüpürcək olsun deyə bir stəkan ilıq su içmək lazımdır. “Yaponlar məhz bunu edirlər”, -deyə mütəxəssis bildirib.

“Şorbalar da belədir, əvvəlcə mədədəki turşunu sulandırır, lakin irəlilədikcə öd və mədəaltı vəzi şirəsinin, həzm fermentlərinin istehsalını stimullaşdırmağa başlayır", - Myasnikov qeryd edib.

Nubar Süleymanova, “İki sahil”