Fransa və onun dənizaşırı dövlətlərində tədqiqatlar zamanı məlum olub ki, eyni bölgədə yerləşən digər ərazilərin idarəçiliyi ilə müqayisədə kəskin fərqlər var.
“İki sahil” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun şöbə müdiri Elgün Hacıyev təşkilatın 14 dekabr dekolonizasiya gününə həsr edilmiş 2024-cü il üzrə hesabatının təqdimatında deyib. O qeyd edib ki, həmin regiondakı materik Fransa əraziləri ilə oradakı ABŞ-nin adalarının arasında kəskin fərq var:
"Baxmayaraq ki, hər iki ərazidə eyni idarəçilik sistemi var, yenə də Fransa idarəçiliyindəki ərazilərdə çox ciddi diskriminasiya mövcuddur. Onların iqtisadiyyatı tamamilə idxaldan asılıdır".