2021-ci ildən bugünədək ölkə üzrə 2700 km-dən çox avtomobil yolları yenidən qurulmuş və təmir olunub.
“İki sahil” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
“Bunun yarısından çoxu - 1430 km yerli əhəmiyyətli yollardır. Bununla yanaşı işğaldan azad edilmiş ərazilərdə uzunluğu 3200 km təşkil edən 45 layihə icra edilir. O cümlədən yerli əhəmiyyətli 1275 km yol tikilir ”, - Baş nazir qeyd edib.