Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən məktəbəqədər təhsil müəssisələrində musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müraciətə start verilir.
“İki sahil” xəbər verir ki, 11 oktyabr-5 noyabr 2024-cü il tarixlərində keçirilmiş musiqi rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsində iştirak etmiş, müsahibədə 2 və daha çox bal toplayaraq yeni vakant yerlər üçün ehtiyat kadr siyahısına daxil edilmiş namizədlər müraciət edə bilərlər.
Müvafiq meyarlara cavab verən namizədlərin işə qəbul üzrə müraciətdə iştirakına dair məlumat onların əlaqə telefonlarına SMS vasitəsilə göndəriləcək.
Müvafiq namizədlər 17-23 dekabr tarixləri ərzində müraciət edə bilərlər.