ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq dəvət olunarsa, Moskvaya səfər edəcək.
“İki sahil” xəbər verir ki, nu barədə Bloomberg mənbələrə istinadla məlumat yayıb.
Qeyd olunur ki, Kelloq yanvarda Kiyevə səfər etməyi planlaşdırır. Moskvaya səfərin yanvarın 20-də Trampın andiçmə mərasimindən sonra baş tutacağı gözlənilir.
Mənbənin sözlərinə görə, Rusiyaya səfərdə əsas diqqət hansısa konkret siyasi məqsədlərdən çox məlumat toplamaq olacaq.