Ukrayna dövlət başçısı Vladimir Zelenski bildirib ki, Kiyevin Donbas və Krım ərazilərini öz nəzarətinə geri qaytarmağa gücü çatmır.
“İki sahil” xəbər verir ki, o, bu barədə “Le Parisien” qəzetinə müsahibəsində danışıb.
“De-fakto, bu ərazilər indi rusların nəzarətindədir. Bizim onları geri qaytarmağa gücümüz yoxdur”, - deyə, Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna Moskvanı danışıqlara “məcbur etmək” üçün yalnız beynəlxalq ictimaiyyətin diplomatik təzyiqinə arxalana bilər.