18 dekabr 2024 12:47
106

Aİ Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi düşünür

Avropa İttifaqı yenidən Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi düşünür.

“İki sahil” "Bloomberg"ə istinadla xəbər verir ki, Baltikyanı ölkələr və İsveç vəsaitlərdən istifadə etmək üçün yeni yollar” tapmaqda israrlıdır.

Estoniyanın keçmiş baş naziri Kaja Kallasın Avropa İttifaqının rəhbərlərindən biri seşilməsindən sonra qurum bu məsələnin məhkəmə qərarları və ya hüquqi əsaslandırma tələb edib-etmədiyini təhlil edir.

Bundan əlavə, Brüssel müsadirənin avroya və xarici aktivlərin Avropa İttifaqından çıxarılmasına necə təsir edəcəyini hesablamağa çalışır.

Agentliyin yaydığı məlumatına görə, müzakirə Donald Trampın tezliklə Ağ Evə qayıtması və ABŞ-ın Ukraynaya dəstəyi azalda və ya tamamilə dayandıra biləcəyi ilə bağlı bəyanatları fonunda yenidən başlayıb.