Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Ukraynada xüsusi hərbi əməliyyat zonasında Polşanın “Rosomak” zirehli transportyorunun məhv edildiyini açıqlayıb.
“İki sahil” RT-yə istinadıa xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, Rusiyanın “Qərb” qoşun qruplaşmasının bölmələri Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş, hücum briqadalarının və müdafiə briqadasının canlı qüvvə və texnikasını darmadağın edib.
Ukrayna yaraqlılarının itkiləri arasında Polşa istehsalı olan “Rosomak” zirehli transportyoru da var.
Bundan əvvəl Rusiya hava hücumundan müdafiə qüvvələrinin dörd HIMARS raketini vurduğu bildirilmişdi.