Rusyanın səhiyyə naziri Mixail Muraşko bildirib ki, Rusiyada spirt istehlakının azaldılması prosesi dayanıb.
“İki sahil” xəbər verir ki, bu haqda "Kommersant" məlumat yayıb.
“Həqiqətən də son illər alkoqol istehlakı azalıb. 2019-cu ildə adambaşına düşən təmiz etanol 9 litr olduğu halda, 2023-cü ildə bu rəqəm 8,49 litr olub”, - deyə Muraşko Rusiya Qadınlar İttifaqının idarə heyətinin iclasında bildirib.
2000-ci illərin sonlarında spirtli içkilərdən istifadə azalıb. 2007-ci ildə 15 yaşdan yuxarı istehlakçılar 11 litr, 2017-ci ildə isə artıq 7 litr təmiz spirt istehlak ediblər. 2023-cü ildə Rusiyada spirt istehlakının səviyyəsi son doqquz ildə rekord səviyyəyə çatıb və tünd alkoqola tələbatı artıb.
Rekord göstərici əhalinin koronavirus pandemiyası və sonrakı hadisələrə reaksiyası ilə izah edilir.