Türkiyə həmişə Cənubi Qafqaz regionunda sülh və sabitliyin tərəfdarı olub və bu istiqamətdə konkret addımlar atmağa çağırıb.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş bu gün Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında bildirib.
"Bu regionda (Cənubi Qafqaz) verdiyi mühüm töhfəyə görə Azərbaycana təşəkkürümü bildirmək istərdim. Biz lap əvvəldən bəyan edirik ki, davamlı sülhün bərqərar olması üçün addımlar atılmalıdır", - o qeyd edib.
N.Kurtulmuş vurğulayıb ki, Bakı ilə Ankara arasındakı möhkəm münasibətlər Azərbaycanın 44 günlük müharibədəki zəfərindən və Şuşa Bəyannaməsinin imzalanmasından sonra daha da dərinləşib və bütün sahələrdə inkişaf edir.
Bəyanat: Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib