Azərbaycan-Türkiyə-Gürcüstan, eləcə də Azərbaycan-Türkiyə-Pakistan kimi uğurlu üçtərəfli əməkdaşlıq formatları mövcuddur.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə səfəri çərçivəsində Böyük Millət Məclisinin (TBMM) sədri Nurman Kurtulmuşla birgə mətbuata açıqlaması zamanı deyib.
S.Qafarova nümayəndə heyətlərinin bütün müstəvilərdə bir-birlərini dəstəklədiklərini ifadə edib.
“Parlamentlər olaraq biz də türk dünyasının daha da sıx birləşməsi məsələsində üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq”.
Spiker bir müddət öncə TBMM-nin geniş tərkibli nümayəndə heyətinin Bakıda keçirilən Beynəlxalq Parlament Konfransında yüksək səviyyəli iştirakına görə həmkarına təşəkkür edib.
Bəyanat: Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib