Azərbaycanın könüllü gənclərinin COP29-dakı fəaliyyəti ilə yanaşı, onların digər sahələrdə də aktivliyi böyük işlərə doğru atdıqları addımlardan xəbər verir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Yaşıl gələcəyə könül ver” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, ölkənin gələcəyi məhz gənclərdən asılıdır.
"Azərbaycanın Ailə, Qadın və Ușaq Problemləri üzrə Dövlət Komitəsi hazırda "Ailəm könüllüləri" proqramını davam etdirir. Lakin gələcək üçün fəaliyyətimizi genişləndirməyi düşünürük. Bu proqramın bir istiqaməti ekologiya, ətraf mühit olmalıdır", - Komitə sədri bildirib.
B.Muradova qeyd edib ki, könüllülər üçün qurum və komitələrin fəaliyyət birliyi yaratmaqda məqsədi bu prosesi davam etdirməkdir.