Kapital Bank 2023-cü il üzrə 176 mln. manat divident ödəyib.
“İki sahil” xəbər verir ki, bunu keçirilən mətbuat konfransında bankın İdarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Emin Məmmədov deyib.
O həmçinin, əlavə edib ki, bu ilin on ayı üzrə bankın aktivləri 10,1 mlrd. manata çatıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 15% çoxdur.
“Kapital Bank aktivlərinin diversifikasiyasına çalışır. Kredit portfelində də kiçik və orta sahibkarlıq və ipoteka kreditlərinə diqqəti artırır”- o əlavə edib.