Rusiyanın ABŞ-dakı keçmiş səfiri Anatoli Antonov VTB Bankın rəhbəri Andrey Kostinin müşaviri olub.
“İki sahil” xəbər verir ki, bu barədə VTB-nin saytındakı press-relizdə deyilir.
“Yeni vəzifəsində Anatoli Antonov əsas diqqətini VTB-nin dost ölkələrlə beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsinin təşviqinə və bankın BRİKS ölkələri ilə əlaqələr üzrə ekspert şuralarının və məsləhətçi orqanlarının işində iştirakının əlaqələndirilməsinə yönəldəcək”, - kredit təşkilatının mətbuat xidmətindən bildirilib. .
Qeyd olunur ki, Antonovun uzun illər diplomatik təcrübəsi VTB-nin Qlobal Cənub ölkələrindən olan tərəfdaşlarla artan qarşılıqlı fəaliyyəti kontekstində tələb olunacaq.
Oktyabrın 5-də məlum olub ki, Antonov Rusiyanın Vaşinqtondakı səfiri kimi işini başa vurub və Moskvaya qayıdıb. Oktyabrın 10-da Rusiya prezidenti Vladimir Putin Antonovu ABŞ-dakı səfir vəzifəsindən azad edib.