19 dekabr 2024 11:59
79

Tramp Ukrayna və Rusiyanı danışıqlar masasına gətirə biləcək - Le Pen

Fransanın sağçı Milli Birlik partiyasının parlament fraksiyasının lideri Marin Le Pen hesab edir ki, ABŞ-ın seçilmiş rəhbəri Donald Tramp Ukrayna və Rusiya arasında danışıqları təşkil edə biləcək.

“İki sahil” xəbər verir ki,  o, bu barədə Pais-ə müsahibəsində bildirib.

"Mən inanıram ki, Donald Tramp Putin və Zelenskini danışıqlar masasına gətirəcək və diplomatik həll yolu tapılacaq", - deyə, Le Pen bildirib.

Onun fikrincə, Ukrayna NATO müdaxiləsi olmadan silahlı münaqişədə qalib gələ bilməyəcək, lakin bu, üçüncü dünya müharibəsinə gətirib çıxaracaq.

Bundan əvvəl “The New York Times” Trampın Ukraynada 40 min avropalı əsgərin patrul edəcəyi bufer zonası yaratmaq niyyətində olduğunu yazmışdı.