Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın “MVM Group” şirkəti arasında əməkdaşlıq imkanları, bərpaolunan enerji ilə bağlı mövzular, perspektivdə nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.
"İki sahil" bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, şirkət prezidenti Rövşən Nəcəf “MVM Group”un baş icraçı direktoru Karoly Matrai ilə görüş keçirib. Görüşdə tərəflər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bu xüsusda, “MVM Group”un bu ilin III rübündə dünyanın ən iri təbii qaz-kondensat yataqlarından olan “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulması, bununla da Azərbaycanın neft-qaz bazarına yeni enerji iştirakçısı kimi daxil olması xüsusi vurğulanıb.