Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycanı “İslam Səkkizliyi” (D-8) təşkilatına üzv olması münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, o, bunu təşkilatın Qahirədə keçirilən sammitində çıxışı zamanı deyib.
"Fürsətdən istifadə edərək Azərbaycanı D-8 təşkilatına qoşulması münasibətilə təbrik etmək istərdim. Bu addım, şübhəsiz ki, bugünkü müzakirələri zənginləşdirəcək və ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açacaq", - əs-Sisi vurğulayıb.
Qeyd edək ki, bu gün təşkilatın sammitində Azərbaycanın D-8-ə üzv olması barədə yekdil qərar qəbul edilib.
“İslam Səkkizliyi” (D-8 - Organization for Economic Cooperation) – 1997-ci ildə üzv ölkələr (Türkiyə, İran, Nigeriya, Misir, Pakistan, İndoneziya, Malayziya və Banqladeş) arasında iqtisadi əməkdaşlığın inkişafı məqsədilə yaradılmış beynəlxalq təşkilatdır.
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib
Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib - FOTO