Almaniya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) sonrakı dövrdə, xüsusilə enerji sisteminin transformasiyası sahəsində Azərbaycanla tərəfdaşlığın gücləndirilməsi məsələsində nikbindir.
"İki sahil" Alman-Azərbaycan Xarici Ticarət Palatasına ("AHK Azərbaycan") istinadən xəbər verir ki, bunun Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Palata üzvlərinin ümumi yığıncağında bildirib.
O, COP29 müddətində səfirliyin fəaliyyətindən söz açaraq, xüsusilə bu müddət ərzində Almaniyadan Azərbaycana səfər etmiş 300-dən çox nümayəndənin işgüzar səfərlərinin təşkil edilməsi ilə bağlı aktiv fəaliyyətdən danışıb.
Səfir "AHK Azərbaycan"ın COP29-da fəal iştirakını yüksək qiymətləndirdiyini bildirib.