D-8-ə üzv qəbul edilməsi Azərbaycanın xarici siyasətində müstəqil aktor olmasını bir daha sübut edir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, prezident İlham Əliyevin də müsahibəsində vurğuladığı kimi Azərbaycan bölgədə və dünyada müstəqil siyasət yeridən ölkədir:
“Bütün dünya bunu belə qəbul edir. D-8 təşkilatı böyük ərazini əhatə edir. Burada birləşən ölkələr sırasında Azərbaycanın ən yaxın müttəfiqləri, Türkiyə və Pakistan da var. Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub dəhlizində bağlayıcı rol oynaması bu təşkilatda fəaliyyəti təşkilatı daha da gücləndirəcək. Bu prezidentin uğurlu xarici siyasətinin bir daha təsdiqidir”.
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin Almaniyaya səfəri ikitərəfli əlaqələrdə yeni perspektivlər açacaq
Milli Məclisin sədri Sahibə Qafarova Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb