21 dekabr 2024 11:41
240

Azərbaycanda Qiymətləndiricilər Palatasının hədəfləri açıqlanıb

Azərbaycanda yeni formalaşan Qiymətləndiricilər Palatasının əsas hədəfi qiymətləndirmə bazarının struktur bölmələrinin inkişaf etdirilməsidir.

“İki sahil” xəbər verir ki, bunu Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov qurumun Ümumi Yığıncağında bildirib.

"Qiymətləndiricilərin fəaliyyət göstərdiyi məkan bazardır, daha doğrusu qiymətləndirmə bazarıdır. Bu bazarın funksiyaları və strukturu mövcuddur. Məlum olduğu kimi bazarın 8 funksiyası və 4 struktur bölməsi var. Bizim fəaliyyətimizdə əsas hədəf bu bazarın struktur bölmələrinin inkişaf etdirilməsidir. Lakin, bununla yanaşı bazarın əsas 2 funksiyası olan tənzimləyici və stimullaşdırıcı göstəricilərini də yaddan çıxarmamalı, palatanın rəhbər strukturu və qiymətləndiricilər buna hazır olmalıdırlar", - o qeyd edib.

Ümumi Yığıncaqda palatanın nizamnaməsinin və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunla müəyyən olunmuş digər işçi sənədlərin qəbulu planlaşdırılır. Konfransda qiymətləndirmə sahəsinin inkişafı, qarşıda duran vəzifələr və onların icrası istiqamətində ətraflı müzakirələr aparılacaq.