21 dekabr 2024 15:51
108

Dövlətə, dövlətçiliyə sədaqətin Prezidenti

Şəxsiyyətlər tarix yaratmır, tarixi dövlətçiliyin, dövlətin sabahlarına istiqamətləndirir. Belə şəxsiyyətlərin dövlətçilik düşüncələri, dövlətçilik naminə gördüyü işlər zaman-zaman milli məf­ku­rənin, dövlətin siyasi nüfuzunun yüksəldilməsində, dövlətlərarası münasibətlərin tənzim­lən­məsində, dövlətin iqtisadi qüdrətinin artmasında, təhsilin, səhiyyənin, mədəniyyətin, incə­sə­nətin inkişafında dövlət qanunları ilə tənzimlənən mühüm vasitələrdən biri olur. Böyük tarixi şəxsiyyət Heydər Əliyev belə tarixi şəxsiyyət olub. Onun siyasi kursunu əsl dövlətçilik manifesti bilən, fəaliyyətini bu ülgüdə quran cənab İlham Əliyev də belə şəxsiy­yət­lərdəndir.

İlham Heydər oğlu Əliyev o dövr üçün olduqca nüfuzlu ali məktəbi - Moskva Bey­nəl­xalq Əlaqələr İnstitutunu bitirmişdi. Belə bir institutda ancaq yüksək təfəkkürə, dil mənimsəmə, öyrən­mə qabiliyyətinə, məntiqli düşüncəyə, səlis danışıq tərzinə, insanlarla münasibət qurma ba­ca­rı­ğı­na və s. malik olanlar oxuya bilərdi. Tarix bu institutun məzunlarının əksəriyyətinin döv­lət xa­­dimi kimi formalaşdığını təsdiqləyir. İlham Əliyev bu institutu bitirdikdən sonra 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyən, 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışan, bir sıra istehsal-kommersiya müəssi­sə­lərinə rəhbərlik edən İlham Əliyev 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra birinci vitse-prezidenti olub. Bu təyinat Azərbaycanın neft stra­te­gi­ya­sının müxtəlif səviyyələrdə beynəlxalq münasibətlərin komponenti kimi qəbul edilməsində əsaslı əhə­miy­yət kəsb edib. Sonralar böyük beynəlxalq iq­ti­sadi müqavilələrin bağlanmasında bunlar da sə­mə­rəli ol­muş­du.

1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsində keçirilən toplantıda tanınmış idman­çılar, məşqçilər, idman xadimləri MOK-un prezidenti vəzifəsinə 1995-ci və 2000-ci illərdə Azərbaycan Respubli­ka­sı­nın Milli Məclisinə üzv seçilmiş İlham Əliyevin seçilməsini zəruri bildilər, bu seçimi Azər­bay­can idmanının sabahlarına böyük qayğı kimi dəyərləndirdilər. Təşəbbüs gerçəkləşdi. Azərbaycanda idman mər­hə­lələrlə kütləviləşməyə başladı. Neçə-neçə beynəlxalq yarışda, dünya miqyaslı id­man təd­bir­lərində Azərbaycan da daha geniş tərkibdə təmsil olunmağa başladı. Olimpiya Oyun­la­rında lisen­zi­ya qazananların sayı da artırdı, qazanılan medalların sayı da, medalların əyarı da yüksə­lir­di. Bu nəticələr MOK-un prezidentinin idman siyasətinin bəhrəsi idi…

Cənab İlham Əliyev 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.

Cənab İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

2003-cü ildə Azərbaycan Respublikasının Prezident seçkilərində xalq yenə Ulu Öndərin na­mizədliyini dəstəkləyirdi, onun yenə prezident seçilməsini istəyirdi, yenə ona səs verəcəkdi. Seç­ki ərəfəsində 2003-cü il oktyabrın 1-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan və­tən­daş­­la­rına müraciətini xatırlayıram: "...Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn  pre­zi­dent seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası səd­rinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O,  yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiy­ya­tını gözəl bi­lən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Ye­ni Azərbaycan Parti­yası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləş­di­­rə­rək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İna­nıram ki, mənim axıra çatdıra bilm­ədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyi­nizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcə­yinə  böyük ümidlər bəsləyirəm".

 “Mən İlhama özüm qədər inanıram”. Bu inam da dövlətçiliyə sevgidən yaranmış inam idi. Ulu Öndərin özü qədər inandığı gənc siyasətçi xalqın böyük əksəriyyətinin seçimi ilə Azərbaycan Respubli­ka­sının Pre­zi­denti seçildi. Bu seçim xalqın Heydər Əliyevə sevgisinin, onun siyasi qənaətinin, dövlətçiliklə bağlı düşüncələrinə, ağsaqqal sözünə etimadın seçimi idi. Xalq inanırdı ki, İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın dünyəvi siyasətdə nüfuzu artdı, dünya dövlətləri Azərbaycanla müxtəlif sahələr üzrə müxtəlif müqavilələr imzaladılar. Bu, tərəfdaşlıq etimadı idi və Azərbaycana siyasi nüfuz gətir­mək­lə bərabər, dövlətin iqtisadi gücünün də artmasında vəsilə olurdu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Azər­baycanda neçə-neçə yeni istehsal şəbəkəsi yaradıldı, yeni təsisatlar fəaliyyətə başladı. Onu da qeyd edək ki, dövlət başçısının sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması respublikada mətbuatın inkişafında əsaslı dönüş oldu. Cənab Prezidentin sərəncamı ilə dünyada ilk dəfə mətbuat işçiləri üçün yaşayış binasının inşasına başlanıldı. Jurna­­list­lərə 400-dən çox mənzil verildi ki, bu da istər sosial, istərsə də mənəvi yüksəliş kimi dəyər­lən­dirilməlidir. Ölkə mətbuatı cənab İlham Əliyevi dəfələrlə “Mətbuatın dostu” nominasiyası üzrə mükafatlandırdı. Səmimi mükafatlandırmanı ölkə başçısı da, xarici ekspertlər də səmimi dəyər­lən­dirdilər…

Cənab İlham Əliyev 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə də, 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də xalqın böyük əksə­riy­yətinin səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Tarixi Zəfərdən sonra keçirilən növbədənkənar prezident seçkilərində də xalq öz seçimini etdi, yenə sevdiyi tarixi şəxsiyyətə səs verdi, cənab İlham Əliyev yenə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Dünyəvi siyasətdə bəşəri ideyaları yaşadan bir siyasətçi kimi, dövlət başçısı kimi onlarla dünyanın ordenləri ilə təltif olunan Cənab İlham Əliyev neçə-neçə dövlətin fəxri adına da layiq görülüb.

Cənab İlham Əliyev həm də beynəlxalq aləmdə böyük erudisiyalı idman təşçkilatçısı kimi ta­nınır. Cənab İlham Əliyev onlarla beynəlxalq idman təşkilatının da ünlü medalları ilə təltif olunub.

Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyev Partiyanın yeni sədri seçildi.  2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olundu və Partiya səd­rinin birinci müavini vəzifəsi təsis olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradıldi. Partiyanın yeni Proqramı qəbul edildi, kadr isla­hat­la­rına başlanıldı.

6 noyabr 2005-ci il, 7 noyabr 2010-cu il, 1 noyabr 2015-ci il, 9 fevral 2020-ci il və 1 sent­yabr 2024-cü il tarixlərində keçirilmiş parlament seçkiləri ölkədə təkamül yolu ilə demokratik ənənələrin formalaşması prosesinin mühüm tərkib hissəsi oldu. Azərbaycanın müstəqil parla­men­tarizm tarixində ilk dəfə olaraq 2020-ci ildə müxalif siyasi partiyalar qanunvericilik orqanının rəh­bərliyində təmsil olundu.

Azərbaycan 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miq­yasda nüfuzunun və qüdrətinin ifadəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda neçə-neçə beynəlxalq tədbir keçirilib ki, bunlar da dünyəvi problemlərin həlli baxımından gərəkli tədbirlər kimi dəyərləndirilib. Bu yaxınlarda Bakıda keçirilən COP29 tədbiri dünyanın sabahları haqqında dünya dövlətlərinin fəaliyyətinin tənzimlənməsinə yönəldilmiş tədbir kimi tarixləşdi…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasətinin başlıca isti­qa­məti ərazilərimizin işğaldan azad edilməsi olub. Dövlət başçısı bu istiqamətdə sülh danı­şıq­la­rının baş tutmasına, ikitərəfli, çoxtərəfli danışıqların müəyyən nəticəyə istiqamətlən­məsinə çalı­şır­dı. ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin fəaliyyətsizliyini dəfələrlə ciddi şəkildə bildirmişdi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilmədiyini xatırlat­mışdı. Ermənistan sülh danışıqlarından yayınanda, regionda mövcud status-kvonu saxlamağa ça­lışanda cənab İlham Əliyev qətiyyətlə bildirmişdi ki, nə Azərbaycan xalqı, nə də Azərbaycan döv­ləti Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Ermənistan da, onun havadarları da bu qətiyyətli bəyanatdan nəticə çıxarmadı, yeni ərazilər işğal etmək məqsədi ilə Azərbaycanın ərazilərinə müxtəlif miqyaslı hücumlar edirdi. 2020-ci il sentyabrın 27-də Azər­baycan Ordusunun hissələri bu hücumun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. İkinci Qarabağ müharibəsi başladı…

Azərbaycan Ordusu noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Noyabrın 10-da üçtərəfli Bə­yanat imzalandı. Bu sənəd Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. La­kin Ermənistan Bəyanatın şərtlərinə əməl etmirdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmri ilə 2023-cü il sentyabrın 19-da başalayan 1 günlük anti-terror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın dövlətçilik tari­xin­də həm də müzəf­fər sərkərdə oldu. Dünya ictimaiyyəti də, Azərbaycan dövlətinə ehtiramı olan dövlətlər də, dünya azərbaycanlıları da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il no­yab­rın 8-də Ulu Öndərin Fəxri Xiyabanda abidəsi önündə dediyi fikirləri heç zaman unutmayacaq: “Xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu kəlamlar həm də bir gerçəkliyi yada salır: Ulu Öndər ərazilərimizin işğaldan azad olunmasını oğluna və­siy­­yət edibmiş. Böyük tarixi şəxsiyyət, ən böyük azərbaycanlı Heydər Əliyevin cənab İlham Əliyevə vəsiyyəti, Azərbaycan naminə, Azərbaycan dövlətçiliyi naminə tapşırığı belə olub. Azərbaycançılıq budur! Vəsiyyət də, tapşırıq da, vəsiyyətin, tapşırığın yerinə yetirilməsi də azər­bay­cançılıqdır, səda­qət­dir!.

Cənab İlham Əliyev dövlətə, dövlətçiliyə sədaqətin Prezidentidir. Dekabrın 24-nü də könül xoşluğu ilə qarşılamaq hər bir azərbaycanlının Azərbaycan dövlətçiliyinə sədaqətinin ifadəsi kimi tarixləşəcək...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı