Türkiyənin Ərzurum vilayətindəki Palandökən dağ-xizək kurortunda dekabrın 21-də baş verən qar uçqunu nəticəsində beş nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin "NTV Spor" telekanalı məlumat yayıb.
"Qar uçqunu Ərzurumda Palandökən dağında düşərgə quran Türkiyə milli cüdo komandasının Sultan Səkisi bölgəsinə qalxdığı zaman baş verib. Hadisə nəticəsində beş nəfər xəsarət alıb. Onlardan 16 yaşlı idmançı Emre Yazgan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, reanimasiyadadır", - məlumatda bildirilib.
Palandökən kurortu Türkiyənin şimal-şərqində, Ərzurum şəhərindən 6 kilometr məsafədə yerləşir.