21 dekabr 2024 18:51
114

Qətər səfirliyi 13 ildən sonra Dəməşqdə fəaliyyətini bərpa edib

Qətər səfirliyi bu gün Dəməşqdə, 2011-ci ildə Suriyada vətəndaş münaqişəsinin başlanması ilə bağlı bağlanmasından 13 il sonra fəaliyyətini bərpa edib.

“İki sahil” Qətərin “Al Araby” telekanalına istinadən xəbər verir ki, bu gün Suriyanın paytaxtındakı Qətər səfirliyinin binası üzərində əmirliyin bayrağı qaldırılıb.

Qətər Suriya üsyançılarının dekabrın əvvəlində Prezident Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmasından bəri Türkiyədən sonra səfirliyini açan ikinci ölkədir.