22 dekabr 2024 12:20
102

Ermənistanda kütləvi zəhərlənmə olub

Ermənistanın Vanadzor şəhərində kütləvi zəhərlənmə olub.

“İki sahil” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, 10 nəfər zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Araşdırmalar nəticəsində zərərçəkənlərin Vanadzor mərkəzi bazarının ərazisindəki fərdi sahibkar Rudik Alaverdyana məxsus iaşə məntəqəsində qidadan zəhərləndikləri məlum olub. Ərzaq məhsullarından nümunələr götürülüb, laboratoriya müayinəsi aparılıb. Yoxlama zamanı obyektin təsdiq edilmiş sanitariya və gigiyena normalarının pozulması ilə işlədiyi də məlum olub.

Obyektin fəaliyyəti dayandırılıb. Qeyd edilir ki, laboratoriya analizinin nəticələri barədə əlavə məlumat veriləcək.

Araşdırma aparılır.