Azərbaycan xalqı öz xilaskarına inanır və etibar edirdi. Məhz 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Xalqın yekdil dəstəyi ilə Prezident seçilən cənab İlham Əliyev qısa zaman ərzində sübut etdi ki, Azərbaycan etibarlı əllərdədir. Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident cənab İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.
Ulu öndər Heydər Əliyevin əsas amalı işğal olunmuş torpaqlarımızın azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi idi. Siyasi davamçısı cənab İlham Əliyev də Prezident seçildiyi ilk gündən bu amala xidmət edir, öz əməli fəaliyyəti həmin günləri yaxınlaşdırırdı. 2003-cü ildən etibarən ordu quruculuğu məsələlərini dövlət siyasətinin prioriteti kimi müəyyən etmiş Prezident cənab İlham Əliyevin planlı və ardıcıl şəkildə gördüyü işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müharibə nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Azərbaycan öz möhtəşəm Zəfəri iə yeni reallıqlar yaratdı və bu gün işğaldan azad edilmiş ərazilərmizdə sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qələbə nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Bir sözlə, işğaldan azad olmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra olunur, bərpa-quruculuq işləri surətlə davam etdirilir. Həyata keçirilən bərpa-quruculuq işlərinin əsas məqsədi 30 il torpaqlarından didərgin düşmüş soydaşlarımızın tezliklə öz yurd-yuvalarına qayıtmasını təmin etməkdir. Bununla əlaqədar olaraq Prezident cənab İlham Əliyev 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş böyük Qələbənin yeni reallıqları təkcə bu qeyd olunanlarla məhdudlaşmır. Azərbaycanın parlaq Zəfəri həmçinin bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırmışdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri