23 dekabr 2024 15:40
97

Çin Azərbaycanda regional logistika anbarlarının yaradılmasında maraqlıdır

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının (CAFIEC) vitse-prezidenti və Beynəlxalq İnvestisiya və Əməkdaşlıq Komitəsinin direktoru Vanq Veiveyin rəhbərlik etdiyi Çin nümayəndə heyəti ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki,  AZPROMO-dan bildirilib ki, görüşdə qurumun icraçı direktoru Yusif Abdullayev agentliyin fəaliyyət istiqamətləri, investorlar üçün yaradılan əlverişli biznes mühiti, eləcə də azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesləri barədə məlumat verib. Çin şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsi istiqamətində AZPROMO-nun hərtərəfli dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb.

CAFIEC-in vitse-prezidenti Vanq Veivey işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan güzəşt mexanizmlərinin investisiya mühitinin cəlbediciliyini artırdığını vurğulayıb. O, bu ərazilərdə yenidənqurma işlərində iştirak etməyə və Azərbaycanda regional logistika anbarlarının yaradılmasına maraqlı olduqlarını bildirib.

Görüş çərçivəsində Azərbaycanda boru sənayesi, sanitariya avadanlıqları və keramika məhsullarının istehsalı, logistika sahələrinə investisiyaların cəlb edilməsi imkanları, həmçinin bu sahələrdə tərəfdaşlıq perspektivləri, investisiya layihələrinin reallaşdırılması və birgə fəaliyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.