"Barselona"nın futbolçusu Robert Levandovski komandasının "Atletiko"ya mməğlubiyyəti haqda danışıb.
“İki sahil” xəbər verir ki, Kataloniya klubu La Liqanın 18-ci turunda Madrid təmsilçisinə 1:2 hesabı ilə uduzub.
Matçdan sonra Levandovski komandasının çıxışı və öz oyunu haqda fikirlərini bölüşüb: "Son iki və ya üç oyunda qol epizodlarını boşa xərclədik. Hiss edirəm ki, özümdə soyuqqanlılıq və inam çatışmır.
İlk hissədə çox yaxşı oynamışdıq. Hətta ikinci hissədə də yaxşı oynadıq, amma səhvlərimizə görə “Atletiko” qol şansları yaratdı və 2 dəfə fərqləndi.
Son dəqiqələrdə sanki finaldaymış kimi oynadıq, amma uduzduq. Düşünürəm ki, bu matç bizim üçün dərs oldu".
Qeyd edək ki, Levandovski cari mövsüm "Barselona" üçün 24 matça çıxıb, 23 qol vurub və 2 qolun ötürməsini verib.