Portuqaliyanın ərazi sularında arxeoloq Alexander Monteiro tərəfindən 250-yə yaxın xəzinə gəmisi aşkar edilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Observador” yazır.
Qeyd edilib ki, o, batmış gəmilərin xəritəsini tərtib edib. Onun məlumat bazasında bu regionda 8620-yə yaxın gəmi qəzası var.
Qəzet Monteyrodan sitat gətirib: "Biz bilirik ki, 250 xəzinə gəmisi var və gec-tez hər kəs onlardan birini tapa bilər".
Onun sözlərinə görə, xəritəni tərtib etmək üçün arxivlərdən istifadə edib.