25 dekabr 2024 11:23
102

MİDA-nın güzəştli mənzilləri üzrə 233 mln. manatlıq ipoteka krediti verilib

Azərbaycan Dövlət İpoteka və Kredit Zəmanət Fondu (İKZF) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan güzəştli mənzillərin satışının dəstəklənməsi üçün 2018-ci ildən etibarən 4802 şəxsə 233,1 mln. manat həcmində güzəştli ipoteka krediti verib.

“İki sahil” xəbər verir ki, bunu İKZF-nin İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev deyib.

O bildirib ki, 82 şəxsə isə 3,6 mln. manat məbləğində adi ipoteka krediti verilib.

“Agentliyin sərəncamında olan mənzillərin 70%-dən çox hissəsinin satışı Fondun xətti ilə verilən güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilib”, - deyə Rasim Abdullayev əlavə edib.