Son 20 ildə qazanılan saysız-hesabsız uğurların zirvəsində isə 8 noyabr tarixi Zəfərimiz dayanır. 7 fevral 2024-cü il növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xalqımız yekdilliklə öz Müzəffər Ali Baş Komandanını, Cənab İlham Əliyevi dəstəklədi. Bu prezident seçkilərinin əsas əlaməti, özəlliyi onda oldu ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Möhtərəm Cənab İlham Əliyev özüdə şəxsən separatçılardan təmizlənmiş Xankəndi şəhərində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etdi. Dövlət başçımız özü də qeyd etdi ki, Xankəndi şəhərində verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.
Cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkə hökumətimiz gələcəyə hesablanmış dövlət siyasəti yürüdür. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə ölkəmiz sosial-iqtisadi sahədə böyük nailiyyətlər əldə edib. Belə ki, sənayedə məhsul istehsalının həcmi 4,0 milyard manatdan 86,4 milyard manata qədər yüksəlib, sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 54,9 faizdən 87,6 faizə qədər yüksəlib, dövlət Proqramları əsasında regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edib və s. Sözsüz ki, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sahəyə ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb.
Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. Belə ki, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması Azərbaycan Respublikasının beynəlxalq nüfuzunu daha da artırır. Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib.
Əldə edilən uğurlardan bəhs edərkən düşmən işğalından azad olunmuş doğma Qarabağımızda və Şərqi Zəngəzurumuzda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri haqqında xüsusi danışmaq lazımdır. Dövlət başçımızın müdrik siyasəti sayəsində Azərbaycan xalqının “Böyük Qayıdış” arzusu da reallaşır. Xalqına ürəkdən bağlı olan dövlət başçımız, Müzəffər Liderimiz sevincli günlərini də hər zaman soydaşlarımızla bölüşür. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin, şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında yaxından iştirak edir, keçmiş məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Azərbaycan xalqının öz Müzəffər Liderinə etimadı, inamı, sevgisi sonsuzdur. Bütün dünyada yaşayan 50 milyona yaxın soydaşımız tam əmindir ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası hələ neçə-neçə möhtəşəm uğurlara imza atacaq.
Arifə Abdullayeva,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi