Fatih Terim baş məşqçiliyə qayıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin bir çox media qurumu məlumat yayıb.
71 yaşlı mütəxəssisin karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi iddia olunub. Bu məqsədlə “İmpetaror” ləqəbli məşqçinin bu gün həmin ölkəyə yollanacağı və müqavilə bağlayacağı bildirilib.
Terimin “Əl Şabab” klubunda işləyəcəyi qeyd edilib. Bu günlərdə həmin klubun baş məşqçisi Vitor Pereira vəzifəsini tərk edib və İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"un baş məşqçisi təyin olunub.
“Al Şahab” hazırda yerli liqada 6-cı yeri tutur.
Xatırladaq ki, Fatih Terimin son klubu Yunanıstan “Panatinaikos”u olub.