2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 561 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 482.2 milyon manata bərabər olub.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 31.2% və ya 706.4 milyon manat, banklardan xaricə köçürmələr isə 14.6% və ya 82.6 milyon manat azalıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 267.4 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 564.8 milyon manat təşkil edib.
Saatlıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Qaxda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib