26 dekabr 2024 13:32
104

KOBİA: TDT ölkələrinin sahibkarlıq subyektləri ilə qarşılıqlı əməkdaşlığa dair təşəbbüslərimiz var

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sahibkarlıq subyektləri ilə qarşılıqlı əməkdaşlığına dair təşəbbüsləri var.

“İki sahil” xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.

"Biz sahibkarlığın innovativ inkişafına, iş prosesinə təsir edən ixtiraların, faydalı modellərin, texnoloji yenilik və sənaye nümunələrinin elmi cəhətdən öyrənilməsinə, araşdırılmasına və tədqiqat aparılmasına dəstək təklif edirik. Həmçinin startapların və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsini dəstəkləyə bilərik. Üzv və müşahidəçi dövlətlərin KOB-ların inkişafı sahəsində uğurla tətbiq etdiyi stimullaşdırı mexanizmlərin və təcrübələrin qarşılıqlı mübadilə edilməsini, innovativ sahibkarlığın təşviq edilməsi üşün startapların və sahibkarların ali təhsil, elm-tədqiqat müəssisələri, eləcə də sənaye və texnologiya parkları, texnoloji biznes inkubatorları və texnoloji transfer mərkəzləri ilə sıx əməkdaşlıq etməyi təklif edirik", - deyə o qeyd edib.