26 dekabr 2024 18:41
107

Türkiyənin Gəncədəki Baş Konsulluğunda təyyarə qəzası qurbanlarının xatirəsi yad edilib

Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunda Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus sərnişin təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb.

“İki sahil” xəbər verir ki, Baş Konsulluqda təyyarə qəzası qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konsulluğun əməkdaşları tərəfindən qəza nəticəsində həyatlarını itirənlərin ailələrinə, yaxınlarına başsağlığı verilib, Azərbaycan xalqının dərin kədərinə şərik olduqları ifadə edilib.