26 dekabr 2024 19:52
127

Bakıya gətirilmiş 7 nəfərin müalicəsi Yeni Klinikada aparılacaq

Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasında xəsarət alanların Bakıya gətirilmiş 7 nəfəri Yeni Klinikaya yerləşdiriləcək.

“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini İlqar Qasımov bildirib.

“Bütün mütəxəssislər orada yaralıları müalicə edəcək”, - o deyib.